"Fənərbaxça"da ciddi itki: Qışa qədər oynamayacaq

19:39 - 27 Oktyabr 2015

Caner Erkin əməliyyat olunacaq
 
"Fənərbaxça" ciddi itki ilə üzləşib.

Sportal.az xəbər verir ki, komandanın əsas heyət üzvlərindən olan Caner Erkin sıradan çıxıb. Futbolçunun əzələsində yırtıq aşkarlanıb və əməliyyat olunmaq üçün yaxın günlərdə Almaniyaya yollanacaq. Digər bir məlumata görə, artıq Caner mövsümün ilk yarısını vaxtın əvvəl başa vurub, qarşıdakı oyunlarda komandaya kömək edə bilməyəcək.

Xəbər xətti