Türkiyə millisi Yunanıstanla qarşılaşacaq

21:19 - 30 Oktyabr 2015

Matç noyabrın 17-i keçiriləcək
 
AÇ-2016-nın final mərhələsinə birbaşa vəsiqə qazanan Türkiyə millisi gələn ay yoldaşlıq görüşü keçirəcək.
 
Sportal.az xəbər verir ki, Fatih Terimin komandası Yunanıstanla oyunda qüvvəsini sınayacaq. Noyabrın 17-də İstanbulda keçiriləcək matçın başlama saatı hələlik məlum deyil.
 
Qeyd edək ki, Türkiyə indiyədək Yunanıstanla 9 dəfə üz-üzə gəlib. Bunların 6-da Türkiyə yığması, 1-də Yunanıstan millisi qələbə qazanıb. İki görüşdə isə qalib müəyyənləşib.

Xəbər xətti