"Beşiktaş"ın futbolçusu içkili halda saxlanıldı

12:04 - 2 Noyabr 2015

Cəza veriləcək

 

"Beşiktaş"ın futbolçusu Jose Sosa içkili halda sükan arxasına əyləşdiyi üçün polis tərəfindən saxlanılıb. 

 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sosa bu hadisədən sonra sürücülük hüququndan məhrum olub.

 

Qeyd edək ki, "Beşiktaş" rəhbərliyinin də argentinalı futbolçuya pul cəzası verəcəyi gözlənilir.

Xəbər xətti