Federasiyadan Türkiyə klubuna sərt cəzalar

00:18 - 4 Noyabr 2015

2 milyon türk lirəsi...

 

Xəbər verdiyimiz kimi, Türkiyə Super Liqasının XI turunda keçirilən "Trabzonspor" - "Qaziantepspor" (2:2) matçından sonra meydan sahibləri oyunun hakimlərini girov götürmüşdülər.

 

Sportal.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası buna görə kluba 2 milyon türk lirəsi məbləğində cəza kəsib. Klub prezidenti İbrahim Hacıosmanoğlu isə 280 gün haqq məhrumiyyəti və 150 min lirə pul cəzasına məruz qalıb.

 

Qeyd edək ki, Qaradəniz təmsilçisi həmçinin 2 ev oyununu azarkeşsiz keçirməli olacaq. 

Xəbər xətti