"Qalatasaray"da ciddi itkilər

02:19 - 4 Noyabr 2015

Hər iki futbolçu cəzalı duruma düşüb 

 

Türkiyənin "Qalatasaray" klubu ÇL-nın qrup mərhələsinin növbəti matçında "Atletiko" (Madrid) ilə oyuna ciddi itkilərlə çıxacaq.

 

Sportal.az xəbər verir ki, komandanın kapitanı Səçuk İnan və hücumçusu Burak Yılmaz cəzalı duruma düşüblər. Buna səbəb futbolçuların "Benfika" ilə matçda sarı vərəqə almalarıdır. Hər iki futbolçu sarı vərəqə limitini doldurduğu üçün "Atletiko" ilə matçda oynamayacaqlar.

Xəbər xətti