"Fənərbaxça"nın ulduzu sıradan çıxdı

15:14 - 5 Noyabr 2015

1 ay oynamayacaq

 

Türkiyənin “Fənərbaxça” klubunun heyətində ciddi itki baş verib.

 

Sportal.az  Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, “sarı-lacivərtlilər”in gənc futbolçusu Lazar Markoviç zədələnərək sıradan çıxıb. Serbiyalı müdafiəçi Super Liqanın 10-cu turunda "Osmanlıspor"la keçirilən matçında zədələnib. O, 1 ay yaşıl meydanlardan kənarda qalacaq.

 

Qeyd edək ki, müqavilə ilə "Liverpul"a məxsus olan 21 yaşlı futbolçu bu mövsümün əvvəlində "Fənərbaxça"ya icarəyə verilib.

Xəbər xətti