Kamran Ağayevin komandası derbidə qalib gəldi

17:34 - 8 Noyabr 2015

14-cü pillədədi

 

Bu gün futbol üzrə Türkiyə PTT 1-ci liqasında 11-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Kamran Ağayevin şərəfini qoruduğu "Karşıyaka" klubu İzmir derbisində "Göztəpə"ni qəbul edib. Gərgin keçən matç meydan sahiblərinin 1 - 0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada yeganə qolu 89-cu dəqiqədə "Karşıyaka"nın futbolçusu Engin Baytar vurub.

 

Qeyd edək ki, bu qələbə ilə xallarının sayını 12-yə çatdıran "Karşıyaka" turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Xəbər xətti