Türkiyə məğlubiyyətlə başladı

16:04 - 10 Noyabr 2015

Avropa çempionatının seçmə mərhələsi

 

19 yaşadək futbolçulardan ibarət milli komandalararasında Bakıda keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin oyunlarına start verilib.

 

Sportal.az xəbər verir ki, bu gün yığmamızın da yer aldığı 5-ci qrupun ilk oyununda Türkiyə və Bosniya və Hersoqovina milliləriüz-üzə gəlib. Qarşılaşma Bosniyalıların 2 – 1 hesablı qələbəsi ilə başa çatıb.

 

Qeyd edək ki, qrupun digər matçında bu gün Azərbaycan və Ukrayna komandaları qarşılaşacaq.

 

10 noyabr

Avropa çempionatının seçmə mərhələsi

 

Türkiyə - Bosniya və Hersoqovina - 1:2
Qollar: Özcan, 13 (1:0),  Mustedanaqiç, 50 (1:1), Qoyak, 79 (1:2)
Qırmızı vərəqə: B.Bekaroğlu, 48 (Türkiyə)

Xəbər xətti