"Cim bom"da yeni müqavilə

18:25 - 10 Noyabr 2015

Umut Bulutla müqavilə uzadılıb

 

Türkiyənin "Qalatasaray” klubunda yeni müqavilə imzalanıb.

 

Sportal.az İstanbul klubun rəsmi saytına istinadən xəbər verir ki, "sarı qırmızılar” hücumçu Umut Bulutla müqavilə müddətini uzadıb. Yeni sözləşməyə əsasən 32 yaşlı futbolçu 2017-ci ilədək “cim bom”un şərəfini qoruyacaq.

 

Qeyd edək ki, Umut 2012-ci ildən "Qalatasaray”da çıxış edir. O, komandanın  heyətində meydana çıxdığı 94 oyunda 29 dəfə fərqlənməyi bacarıb.

Xəbər xətti