Robert Prosineçki "Eskişehirspor"da?

17:53 - 14 Noyabr 2015

Namizədlər arasında millimizin baş məşqçisi də var

 

Türkiyə Super Liqasında mübarizə aparan “Eskişehirspor” klubu İsmail Kartalla yollarını ayırdıqdan sonra baş məşqçi axtarışlarını davam etdirir.

 

Sportal.az Türkiyə mətbuatına istinadən  xəbər verir ki, “Eskişehirspor”un prezidenti Mesut Hoşcan milli komandamızın baş məşqçisi Robert Prosineçki ilə də görüşüb. Namizədlər arasında Sergen Yalçın, Kristof Daum, Corc Haci və Mesut Bakkalın da adları var.

 

Qeyd edək ki, “Eskişehirspor” Super Liqada 11 turdan sonra 4 xal toplayıb və sonuncu pillədə qərarlaşıb.

Xəbər xətti