Pirlo Türkiyə Super Liqasında çıxış edə bilər

18:15 - 14 Noyabr 2015

“Antalyaspor”un hədəfində

 

Türkiyə Super Liqasında mübarizə aparan “Antalyaspor” klubu növbəti səs-küylü transfer etməyə hazırlaşır.

 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Antalya təmsilçisi “Nyu-York Siti”nin yarımmüdafiəçisi  Andrea Pirlonu transfer hədəfinə alıb. “Antalyaspor”un prezidenti Güntekin Gencer qış transfer pəncərəsində məşhur futbolçu transfer edəcəklərini açıqlamışdı.

 

Qeyd edək ki, Pirlo “Nyu-York Siti”nin heyətində 13 matç keçirib və 3 məhsuldar ötürmə edib.

Xəbər xətti