Millinin heyətində dəyişiklik edildi

18:35 - 15 Noyabr 2015

Sərdar Aziz heyətdən çıxarılıb

 

Hazırlıq matçında Yunanıstanla qarşılaşacaq Türkiyə milli komandasının heyətində dəyişiklik edilib.

 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qətərlə heçirilən yoldaşlıq oyununda zədələnən müdafiəçi Sərdar Aziz heyətdən çıxarılıb. Onun əvəzinə isə 21 yaşadək futbolçulardan ibarət milli komandanın üzvləri Kaan Ayhan və Çağlar Söyüncü A milli komandanın heyətinə daxil edilib.

 

Qeyd edək ki, Türkiyə - Yunanıstan matçı noyabrın 17-də İstanbulda "Fatih Terim Stadionu"nda keçiriləcək.

Xəbər xətti