"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Türkiyə klubunu çalışdıra bilər

17:13 - 16 Noyabr 2015

"Denizlispor"la danışıqlar aparır

 

Mehmet Altıparmakla yollarını ayıran Türkiyənin "Denizlispor" komandası yeni baş məşqçi axtarışlarını davam etdirir.

 

Sportal.az xəbər verir ki, Arif Ərdəmlə razılıq əldə olunsa da mütəxəssis son anda müqavilə imzalamaqdan imtina edib. Belə olan halda PTT 1-ci liqa təmsilçisi baş məşqçi postuna gətirmək üçün digər mütəxəssislərlə danışıqlara başlayıb. Onların arasında "Xəzər Lənkəran"ın sabiq çalışdırıcısı Oğuz Çətinin də adı var.  

Xəbər xətti