Türkiyə millisinin baş məşqçisi Azərbaycandakı stadionlardan şikayətləndi

20:17 - 16 Noyabr 2015

"Bosniyaya məğlub olmağımız bununla bağlı idi"

 

19 yaşadək futbolçulardan ibarət komandaların Avro-2016-nın Bakıda keçirilən seçmə mərhələsində yığma komandamızın da yer aldığı qrupu lider olaraq bitirən Türkiyə milli komandasının baş məşqçisi Vedat İnceefe yerli mətbuata açıqlama verib.

 

Sportal.az xəbər verir ki, türk mütəxəssis Azərbaycandakı stadionların süni örtüklü olmasından şikayətlənib: “Matçların süni örtüklü meydanda keçirilməsi ilk vaxtlar çətinlik yaratdı. Bosniya və Hersoqovinaya məğlub olmağımızda bununla bağlı idi. Ancaq növbəti qarşılaşmalarda meydana öyrəşməyi bacardıq. Doğru olanları edərək qrupu lider olaraq bitirib elit raunda vəsiqə qazanmağı bacardıq". 

Xəbər xətti