Muarem üçün yeni baş məşqçi

14:49 - 17 Noyabr 2015

Samet Aybaba gətirilib

 

"Qarabağ"ın sabiq futbolçusu Muarem Muaremin şərəfini qoruduğu Türkiyənin "Eskişehirspor" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

 

Sportal.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İsmayıl Kartalın istefaya göndərilməsindən sonra boş qalan posta təcrübəli mütəxəssis Samet Aybaba gətirilib. Aybaba ilə razılıq əldə olunub və sabah rəsmi müqavilə imzalanacaq.

 

Qeyd edək ki, Eskişəhir təmsilçisi 11 turdan sonra 4 xalla Super Liqada turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Xəbər xətti