"Qalatasaray"ın futbolçusu 1-ci liqa klubunda

17:58 - 17 Noyabr 2015

"Alanyaspor"la razılığa gəlib

 

Türkiyənin "Qalatasaray" klubu ilə yollarını ayıran təcrübəli futbolçu Gökhan Zanın yeni komandası məlum olub.

 

Sportal.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi PTT 1-ci liqada çıxış edən "Alanyaspor"la razılığa gəlib. O, artıq mkomanda ilə birlikdə məşqlərə başlayıb. Transfer pəncərəsi açılanda isə rəsmi müqavilə imzalayacaq.

 

Karyerası ərzində "Qalatasaray", "Beşiktaş" və "Qaziantepspor" komandalarında çıxış edən Gökhan Zan bir zamanlar Türkiyə milli komandasının da əvəzolunmaz üzvlərindən idi.

Xəbər xətti