"Trabzonspor"da növbəti ayrılıq

22:12 - 18 Noyabr 2015

Kevin Konstantla yollar ayrıldı
 
Joze Bosinqvadan sonra "Trabzonspor" klubu növbəti futbolçusu ilə yollarını ayırıb.
 
Sportal.az xəbər verir ki, "Trabzonspor" Kevin Konstantla müqaviləni qarşılıqlı şəkildə ləğv edib. Klub sözləşməni ləğv etdiyi üçün Konstanta 2 milyon avro ödəyəcək.
 
 
Qeyd edək ki, qvineyalı futbolçu Konstant ötən ildən "Trabzonspor"da çıxış edirdi.

Xəbər xətti