Türkiyə Superliqasında yeni baş məşqçi

00:09 - 19 Noyabr 2015

"Eskişehirspor"da Samet Aybaba dönəmi
 
Türkiyənin "Eskişehirspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, komanda Samet Aybabaya tapşırılıb. 60 yaşlı mütəxəssis mövsümün sonuna qədər "Eskişehirspor"u çalışdıracaq. Aybaba bu vəzifədə daha öncə istefaya göndərilən İsmayıl Qartalı əvəzləyib.
 
Qeyd edək ki, "Eskişehirspor" cari mövsüm superliqada geridə qalan 11 turdan sonra 4 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Xəbər xətti