"Qalatasaray"dan göndərilən baş məşqçi danışdı: "Mənimlə davam etmək istəmədiklərini bildirdilər"

01:17 - 19 Noyabr 2015

"Bu barədə çox danışmaq istəmirəm"
 
“Qalatasaray”la yollarını ayıran Həmzə Həmzəoğlu ilk açıqlamasını verib.
 
Sportal.az xəbər verir ki, 45 yaşlı mütəxəssis istefası haqda danışıb:
 
“Klub rəhbərliyi mənimlə davam etmək istəmədiklərini bildirdi. Mən də bu qərara hörmət edirəm. Onlara təşəkkürümü bildirirəm”.
 
“Vəzifənizdən göndəriləcəyinizi gözləyirdinizmi?” sualını Həmzəoğlu cavablandırmaq istəməyib:
 
“Bu barədə çox danışmaq istəmirəm. İndiyədək mənə güvənənlərə, dəstək verənlərə təşəkkür edirəm. Klub rəhbərliyinin qərarına hörmət etmək lazımdır”.
 
Xatırladaq ki, H.Həmzəoğlu ötən ildən “Qalatasaray”ı çalışdırırdı.

Xəbər xətti