Muarem Muarem "Əskişəhərspor"dan ayrılır

00:43 - 20 Noyabr 2015

Gekasla yollar ayrıldı
 
Türkiyə Super Liqasında çətin günlər keçirən "Əskişəhərspor" klubunda növbəti ayrılıq gerçəkləşib.
 
Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki,  komandanın heyətində 10 oyuna 5 qol vuran yunanıstanlı hücumçu Teofanis Gekasla müqavilə qarşılıqlı şəkildə pozulub. Mənbədə bildirilir ki, mövsümün əvvəlində "Qarabağ"dan transfer edilən makedoniyalı futbolçu Muarem Muarem ilə də müqavilə pozulacaq. 27 yaşlı futbolçu "Əskişəhərspor"un heyətində 2 oyun keçirib.
 
Xatırladaq ki, Muarem Muarem 2012-2015-ci illərdə "Qarabağ"ın şərəfini qoruyub.

Xəbər xətti