Cüneyt Çakır Qazaxıstan kubokunun finalını idarə edəcək

20:56 - 20 Noyabr 2015

"Astana" - "Kayrat" matçını idarə edəcək

 

Türkiyəli FİFA referisi Cüneyt Çakır Qazaxıstan kubokunun final matçını idarə edəcək.
 
Sportal.az xəbər verir ki, Qazaxıstan Futbol Federasiyası Türkiyə Futbol Federasiyası ilə FİFA dərəcəli hakim Cüneyt Çakırın Qazaxıstan kubokunun finalını idarə etməsi ilə bağlı razılığa gəliblər.
 
21 noyabr baş tutacaq "Astana" - "Kayrat" matçını idarə edəcək Cüneyt Çakırın köməkçiləri Bahattin Duran və Tarik Ongün olacaqlar.
 
Xatırladaq ki, Cüneyt Çakır 2007-ci ildə Gürcüstan kubokunun finalını da idarə edib.

Xəbər xətti