"Qalatasaray"ın yeni baş məşqçisi məlum oldu

22:12 - 23 Noyabr 2015

İl yarımlıq müqavilə imzalanacaq
 
"Qalatasaray"ın yeni baş məşqçisinin kimliyinə rəsmən aydınlıq gəlib. 
 
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçi vəzifəsinə Mustafa Dənizli gətirilib.  Bu barədə açıqlama verən klubun prezidenti Dursun Özbək deyib: "Mustafa Dənizli ilə anlaşdıq. Qarşıdakı günlərdə müqavilənin şərtləri ilə bağlı onunla görüşümüz olacaq". 
 
Qeyd edək ki, Dənizli ilə il yarımlıq müqavilə imzalanacaq.

Xəbər xətti