"Qalatasaray" Madridə itkilərlə getdi

17:04 - 24 Noyabr 2015

Burak Yılmaz və Səlçuk İnan zədəlidi

 

Çempionlar Liqasında iştirak edən "Qalatasaray" sabah qrup mərhələsinin 5-ci turu çərçivəsində "Atletiko"nun qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, türklər İspaniyaya 21 futbolçu ilə yollanıb.


Zədəli olan Burak Yılmaz və Səlçuk İnan bu səbəbdən səfərə yollanmayıb. Bundan başqa komandanın yeni baş məşqçisi Mustafa Dənizli də Türkiyədə qalıb. O, komandadakı işinə həftənin axırı başlayacaq. "Sarı-qırmızılar"ı madridlilərlə görüşə komandanın qapıçılar üzrə məşqçisi Klaudio Taffarel çıxaracaq.


"Qalatasaray"ın Madridə aparıldığı heyəti təqdim edirik:


Fernando Muslera, Eray İşçan, Cenk Gönen, Aurelien Şedju, Hakan Balta, Semih Kaya, Koray Günter, Olcan Adın, Tarık Çamdal, Sabri Sarıoğli, Yason Denayer, Bilal Kısa, Cem Paul Karacan, Yasin Öztekin, Uesli Sneyder, Joze Rodriqes,Emre Çolak, Umut Bulut, Lukaş Podolski, Sinan Gümüş.

Xəbər xətti