Tuqay Kərimoğlunun yeni komandası məlum oldu

19:51 - 26 Noyabr 2015

"Şanlıurfaspor"u çalışdıracaq
 
Türkiyəli futbol mütəxəssisi Tuqay Kərimoğlu özünə yeni iş yeri tapıb.
 
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssis Türkiyənin PTT I Liqasında mübarizə aparan "Şanlıurfaspor"u çalışdıracaq. Tuqay yeni komandası ilə 1,5 illik müqavilə imzalayıb.
 
Xatırladaq ki, Tuqay Kərimoğlu "Qalatasaray"da köməkçi baş məşqçi kimi çalışıb.

Xəbər xətti