"Qalatasaray"a legionerindən bəd xəbər

01:16 - 28 Noyabr 2015

1 ay oynamayacaq
 
"Qalatasaray"ın zədəli futbolçusu Yason Denayerin son durumu müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, sağ ayaq əzələsi dartılan belçikalı oyunçunun 1 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Onun müalicəsinə başlanılıb.
 
Qeyd edək ki, Y.Denayer Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Atletiko"ya (Madrid) qarşı matçda zədələnib.

Xəbər xətti