"Qalatasaray"ın ulduzu İtaliya yolunda

20:15 - 28 Noyabr 2015

Semih Kaya "İnter"ə keçə bilər

 

Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Semih Kaya karyerasını İtaliyada davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, Milanın "İnter" klubu "cim bom"un müdafiəçisini heyətinə qatmaq istəyir. Bir vaxtlar "Qalatasaray"ı çalışdıran Roberto Mançini Semihi komandasında görmək istəyir. "Qalatasaray" rəhbərliyi futbolçunun transfer qiymətinin 10 milyon avro olduğunu açıqlayıb. Əgər tərəflər arasında razılıq əldə olunarsa Türkiyə milli komandasının üzvü karyerasını A Seriyasında davam etdirə bilər.

Xəbər xətti