Kamran Ağayevin komandasının bazasına hücum oldu FOTO

20:54 - 28 Noyabr 2015

Azarkeşlər etiraz edir

 

Türkiyə futbolunda xoşagəlməz hadisə yaşanıb.

 

Sportal.az xəbər verir ki, PTT 1-ci Liqasında mübarizə aparan "Karşıyaka" klubunun bazasına hücum olub. Milli komandamızın üzvü Kamran Ağayevin də şərəfini qoruduğu İzmir təmsilçisinin dünən "Denizlispor"a məğlub olmasından sonra uğursuz çıxışlardan narazı qalan azarkeşlər komandanın bazasına basqın edib. 200-ə qədər azarkeş futbolçulara və məşqçilər korpusuna etirazlarını bildiriblər. Polislər azarkeşləri ərazidən uzaqlaşdırıb.

 

Xəbər xətti