Türkiyə Superliqasında maraqlı hadisə: Meydana eyni nömrəli forma ilə çıxdılar FOTO

01:34 - 29 Noyabr 2015

10 dəqiqədə iki "55" nömrə
 
Türkiyə Superliqasının XIII turu çərçivəsində  "Əskişəhərspor” – "Mersin İdmanyurdu” (3:2) oyununda maraqlı olay yaşanıb.
 
Sportal.az xəbər verir ki, Mersin təmsilçisinin futbolçuları formalarını qarşıdırıblar.  Belə ki, Rikardo Pedriel səhvən komanda yoldaşı Abdurrahman Xalilinin formasını geyinib.  Belə olduğu halda meydançada iki 55 nömrəli formanı geyinən futbolçu olub. Futbolçular oyunun 10-cu dəqiqəsinə qədər belə oynayıblar. Daha sonra Pedrielin səhv forma geyindiyi bəlli olub. O, 10-cu dəqiqədə futbolkasını dəyişərək meydandakı "abdurrahman”ların sayını "1”ə endirib.
 

Xəbər xətti