"Qalatasaray" futbolçusuna 10 milyon avro qiymət qoydu

14:23 - 29 Noyabr 2015

Semih Kayanın qiyməti məlum oldu
 
Türkiyənin "Qalatasaray" klubu futbolçu Semih Kayanın transfer qiymətini açıqlayıb.
 
Sportal.az xəbər verir ki, bu barədə yerli mətbuata klubun idman direktoru Cenk Ergün açıqlama verib.
 
O bildirib ki, müdafiəçi klubun yetirməsidi və onun komandaya verəcəyi çox şey var: "Semihin Avropa klubunda təcrübə keçməyə ehtiyacı yoxdu. Bu baxımdan icarə təklifi bizim üçün cəlbedici deyil. Ancaq yaxşı təklif gəlsə, düşünə bilərik. 10 milyon avro təklif edilsə, bu haqda danışmaq olar".

Xəbər xətti