"Beşiktaş"ın ulduzu alman klubunun hədəfində

16:31 - 29 Noyabr 2015

Olcay Şahan "Hoffenhaym"a keçə bilər

 

"Beşiktaş"ın ulduz futbolçusu Olcay Şahan Almaniya Bundesliqasında oynaya bilər.

 

Sportal.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, son dövrlər oyunu ilə diqqətləri üzərinə çəkən yarımmüdafiəçini "Hoffenhaym" heyətinə qatmaq istəyir. Bundesliqa təmsilçisi qış transfer pəncərəsində 28 yaşlı futbolçu üçün İstanbul təmsilçisinə rəsmi təklif göndərəcək.

 

Qeyd edək ki, Olcay Şahan bu mövsüm Türkiyə Super Liqasında meydana çıxdığı 12 matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti