Luçesku "Trabzonspor"u çalışdıra bilər

17:27 - 30 Noyabr 2015

Danışıqlara başlayıblar

 

Ukraynanın "Şaxtyor" klubunun baş məşqçisi Mirça Luçesku "Trabzonspor"u çalışdıra bilər.

 

Sportal.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Qara Dəniz təmsilçisində prezidentliyə namizəd olan Muharrem Usta məlumat verib. O bildirib ki, rumıniyalı mütəxəssislə danışıqlara başlayıblar.

 

Qeyd edək ki, "Trabzonspor" bu ay baş məşqçisi Şota Arveladzeni istefaya göndərib.

Xəbər xətti