Kamran Ağayevin komandasında baş məşqçi ilə bağlı son qərar verildi

01:56 - 1 Dekabr 2015

"Bəzi futbolçularla ciddi söhbətimiz olacaq"
 
Türkiyə PTT I Liqasının hesabat turunda "Dənizlispor"a 3:1 hesabı ilə məğlub olan millimizin qolkiperi Kamran Ağayevin komandası "Karşıyaka"nln baş məşqçisi Kamal Özdeş "Əgər komandaya xeyir verə bilməsəm, düşünmədən gedərəm" sözlərinə klub rəhbərliyindən açıqlama gəlib.

Sportal.az xəbər verir ki, klub prezidenti Ali Erten bu məsələ ilə bağlı son nöqtəni qoyub:
 
"Baş məşqçimiz heç bir tələb qoymadan komandadan ayrılacağını bizə bildirib. Lakin fikrimizcə, komandanın uğursuz çıxışının səbəbi baş məqşçi deyil. Bəzi futbolçularla ciddi söhbətimiz olacaq. Çərşənbə günü Türkiyə kubokunda "Tekirdağspor"la oyundan sonra vəziyyətə görə bəzi tədbirlər görəcəyik".

Xəbər xətti