"Arsenal" və "Qalatasaray"ın sabiq futbolçusu Həvəskarlar Liqasında

01:00 - 2 Dekabr 2015

Ebue "Yaşılköyspor"da?
 
Ötən mövsümün sonunda "Qalatasaray”dan ayrılan Emanuel Ebuenin klubsuz günləri davam edir.
 
Sportal.az xəbər verir ki, 32 yaşlı futbolçu formadan düşməmək üçün Türkiyə həvəskarlar liqasında çıxış edən "Yaşılköyspor”da məşq edir.  Bu barədə komandanın prezidenti Bektaş Yıldız məlumat verib. O, Ebue ilə müqavilə imzalamaq istədiklərini bildirib: "Belə bir futbolçunu kim istəməz? Şərtlərimiz üst-üstə düşərsə, qışda onunla müqavilə imzalayacağıq. ”
 
Qeyd edək ki, Ebuenin zəngin karyerası var. "Arsenal”da ulduzu parlayan futbolçu 2011-ci ildə "Qalatasaray”a transfer olunmuşdu.

Xəbər xətti