"Qalatasaray" ulduz futbolçusu ilə yollarını ayırdı

01:59 - 4 Dekabr 2015

Qrosskroytz Türkiyəni tərk etdi
 
Almaniyalı futbolçu Kevin Qrosskroytzun "Qalatasaray”dan ayrılmaq istəməsi ilə bağlı məlumatlar səngimirdi.
 
Sportal.az xəbər verir ki, futbolçu artıq "cim bom”un düşərgəsini tərk edib. Bu barədə Almaniyanın "Bild”  nəşri məlumat yayıb.  Kevin artıq İstanbulu tərk edərək vətəninə yollanıb. 
 
Qeyd edək ki, Qrosskroyrtz yayda "Qalatasaray”a trabsfer olunsa da, FİFA-nın qoyduğu qadağaya görə debüt etmək şansı qazanmayıb. Yayılan məlumatlara "Qalatasaray” tərəfindən heçbir açıqlama gəlməyib. "Bild” Kevinin "Köln”lə müqavilə imzalayacağını iddia edib.

Xəbər xətti