Van Persi zədələndi

21:10 - 5 Dekabr 2015

Məşqi yarımçıq tərk edib
 
"Fenerbahçe" klubu Robin Van Persiden üzücü xəbər alıb.
 
Sportal.az xəbər verir ki, komandanın hücumçusu Van Persi zədələnib. 32 yaşlı hücumçu məşq zamanı ayağında ağrı hiss edib və məşqi davam etdirə bilməyib. Van Persinin durumuna isə tibbi müayinədən keçdikdən sonra aydınlıq gələcək.
 
Qeyd edək ki, Robin Van Persi sabah keçiriləcək "Qaziantepspor" - "Fənərbağça" matçının iştirak ərizəsinə salınmayıb.

Xəbər xətti