Kamran Ağayevin komandası "Qalatasaray"la eyni qrupda

17:32 - 7 Dekabr 2015

 C qrupunda

 

Türkiyə Kubokunun qrup mərhələsinin püşkü atılıb.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin çıxış etdiyi "Karşıyaka"nın da rəqibləri bəlli olub.

 

Belə ki, İzmir təmsilçisi C qrupunda "Kastamonuspor", "Ahisar Bələdiyyəspor" və "Qalatasaray"la mübarizə aparacaq.

 

Qeyd edək ki, ilk turun oyunları 15-17 dekabr aralığında keçiriləcək Türkiyə kubokunda 32 komanda 8 qrupda mübarizə aparır.

Xəbər xətti