Sabiq "Xəzər Lənkəran"lı və ulduz futbolçu baş məşqçisiz qaldı

02:50 - 8 Dekabr 2015

Superliqada növbəti baş məşqçi istefası
 
Türkiyə Superliqasında növbəti baş məşqçi istefası reallaşıb.

Sportal.az xəbər verir Superliqanını iddialı klublarından olan "Antalyaspor” baş məşqçisi Yusuf Şimşəklə yollarını ayırıb.  Ardıcıl 7 oyundur ki, xal itkisi ilə üzləşən Antalya təmsilçisi baş məşqçisini göndərmək qərarı alıb. Bu barədə komandanın prezidenti Gültekin Gencer məlumat verib. O, dünən keçirdiyi klubdaxili iclasdan sonra bu qərarını açıqlayıb. 
 
Qeyd edək ki, "Xəzər Lənkəran”ın sabiq futbolçusu Etame Mbilla və ulduz futbolçu Samuel Eto`O da "Antalyaspor”un şərəfini qoruyur.

Xəbər xətti