"Qalatasaray"dan ilk transfer

19:38 - 24 Dekabr 2015

Rayan Donkla razılıq əldə olunub

 

Türkiyənin “Qalatasaray” klubu ilk transferini gerçəkləşdirib.

 

Sportal.az xəbər verir ki, “sarı-qırmızılar” “Kasımpaşa”nın futbolçusu Rayan Donkla razılığa gəlib. 29 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanacaq. Bu transfer üçün “Qalatasaray” qarşı tərəfə 1.5 milyon avro təzminat ödəyəcək.

Xəbər xətti