Bülent Korkmaz: "Artıq transfer siyahımız məlumdur"

00:47 - 28 Dekabr 2015

"Əgər klub rəhbərliyi bu transferləri reallaşdırsa, yaxşı işlər görə bilərik"
 
Türkiyə Superliqasının 17-ci turunda "Mersin idman Yurdu" səfərdə "Bursaspor"a 2:1 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra Mersin təmsilçisinin baş məşqisi Bülent Korkmaz məğlubiyyətin əsas səbəbini heyətdə kifayət qədər futbolçunun olmaması ilə bağlayıb:
 
"Bu oyun üçün cəmi 16 futbolçu ilə gəlmişdik. Heyətimizdə yaxşı oyunçular var, amma onların sayı kifayət qədər deyil. ona görə də "Bursaspor"a uduzduq. Artıq transfer siyahımız məlumdur və siyahını klub rəhbərliyinə təqdim etmişəm. Əgər klub rəhbərliyi bu transferləri reallaşdırsa, yaxşı işlər görə bilərik".
 
Qeyd edək ki, "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev və "Sumqayıt"dan ayrılan gənc futbolçu Tural Rzayev "Mersin İdman Yurdu"nun transfer siyahısında yer alır.

Xəbər xətti