"Beşiktaş" "qış çempion"u oldu

01:34 - 28 Dekabr 2015

"Qalatasaray" yenə xal itirdi
 
Türkiyə superliqasında 17-ci turun oyunları davam edir.
 
Sportal.az xəbər verir ki, növbəti oyun günündə 4 görüş keçirilib. Öz meydanında “Mersin İdman Yurdu”nu qəbul edən “Bursaspor” 2:1 hesabı ilə qalib gəlib. 
 
“Kayserispor” – “Qalatasaray” matçında 1:1 hesablı bərabərlik qeydə  alınıb. “Akhisar”  - “Osmanlıspor” qarşılaşmasında qapılara qol vurulmayıb.
 
Lider “Beşiktaş” öz meydanına “Konysaspor”u darmadağın edib – 4:0. Bu qələbədən sonra 41 xalı olan "Beşiktaş" qış fasiləsinə lider kimi yollanıb.
 
"Bursaspor" - "Mersin" 2:1
Qollar: Necid, 47 , Sercan, 54 - Velliton, 37
 
"Kayserispor" – "Qalatasaray" 1:1
Qollar: Mabiala, 16 - Sinan Gümüş, 61 
 
"Akhisar" - "Osmanlıspor" 0:0
 
"Beşiktaş" - "Konyaspor" 4:0
Qollar: Oğuzhan, 51, Mario Qomez, 64, Gökhan Töre, 69, Kərim Fray, 80
 

Xəbər xətti