"Qarabağ"ın məyus etdiyi qapıçı "Beşiktaş"da

15:51 - 28 Dekabr 2015

Qış fasiləsində müqavilə imzalanacaq
 
“Beşiktaş” heyətini ukraynalı futbolçu ilə gücləndirir.

Sportal.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İstanbul nəhəngi "Dnepr"in qapıçısı Denis Boyko ilə razılığa gəlib. Ukrayna milli komandasının da şərəfini qoruyan əlcək sahibi qış fasiləsində "Beşiktaş"la müqavilə imzalayacaq.

Qeyd edək ki, 27 yaşlı qapıçı ötən mövsüm Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı hər iki oyunda meydanda olub. Təmsilçimiz həm Kiyevdə, həm də Bakıda Boykonu məyus etməyi bacarmışdı.

Xəbər xətti