Sneyder fotoqrafı ölümlə hədələdi FOTO

19:53 - 30 Dekabr 2015

Şəklini çəkdiyinə görə

 

“Qalatasaray”ın futbolçusu Uesli Sneyder “Milliyyət” qəzetinin fotomüxbirinə hücum edib.

 

Sportal.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İstanbuldan vətəninə yola düşən hollandiyalı ulduz futbolçu şəkilinin çəkildiyini görərək fotoqrafın üzərinə hücum çəkib. Sneyner fotoqrafdan şəkilləri silməsini tələb edib, əks təqdirdə isə İstanbula qayıdanda müxbiri tapıb öldürəcəyi ilə hədələyib.

 

Xəbər xətti