Kamran Ağayevin keçmiş komandasında yeni baş məşqçi FOTO

18:22 - 2 Yanvar 2016

İl yarımlıq müqavilə imzalanıb

 

Türkiyənin PTT 1-ci Liqasında mübarizə aparan "Karşıyaka" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

 

Sportal.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İzmir təmsilçisinin sükanı arxasına "Antalyaspor"un sabiq çalışdırıcısı Yusuf Şimşək gətirilib. Onunla il yarımlıq müqavilə imzalanıb.

 

Qeyd edək ki, milli komandamızın üzvü Kamran Ağayev "Karşıyaka"nın şərəfini qoruyub və ötən ay komanda ilə yollarını ayırıb.

 

Xəbər xətti