"Qalatasaray"da ilk ayrılıq

21:40 - 3 Yanvar 2016

Kevin Qrosskroyts "Ştuttqart"da
 
"Qalatasaray" klubu yay transfer pəncərəsində heyətinə qatdığı almaniyalı futbolçu Kevin Qrosskroytsla yollarını ayıracaq.
 
Sportal.az xəbər verir ki, almaniyalı futbolçu Bundesliqa təmsilçisi "Ştuttqart"la razılığa gəlib. 27 yaşlı futbolçu artıq tibbi müayinədən də keçib.
 
Xatırladaq ki, Kevin Qrosskroyts "Borussia" Dortmunddan "Qalatasaray"a keçmişdi. Ancaq FİFA-nın məlum qadağasına görə komandasına 6 ay kömək etməmişdi.

Xəbər xətti