"Qalatasaray"da ciddi itki FOTO

18:57 - 7 Fevral 2016

Sinan Gümüş zədələnib

 

“Qalatasaray”ın heyətində ciddi itki baş verib.

 

Sportal.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, “sarı qırmızılar”ın son vaxtlar əla formada olan gənc futbolçusu Sinan Gümüş sıradan çıxıb.

 

Superliqanın “Konyaspor”la keçirilən oyunun ilk hissəsində meydanı yarımçıq tərk edən forvardın zədəsinninciddi olduğu məlum olub. Tibbi müayinədən sonra onun sol ayağının üst-arxa əzələsində yırtıq aşkarlanıb.

 

Gənc hücumçunun ən azı 1 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

 

Xəbər xətti