"Beşiktaş"ın müdafiəçisi üçün mövsüm erkən bitdi

00:47 - 8 Fevral 2016

6 ay yaşıl meydanlardan uzaq qalacaq
 
Türkiyə Super Liqasının 20-ci turunda "Qaziantepspor"u 4 - 0 hesabı ilə darmadağın edən "Beşiktaş" ciddi itki ilə üzləşib.
 
Sportal.az xəbər verir ki, "qara qartallar"ın braziliyalı müdafiəçisi Luis Rodolfo matçın 20-ci dəqiqəsində ciddi zədə alıb və görüşü davam etdirə bilməyib. 29 yaşlı müdafiəçinin sağ dizinin çarpaz bağları qopub və 6 ay yaşıl meydanlardan uzaq qalacaq.
 
Qeyd edək ki, Rodolfo bu mövsüm Super Liqada 18 oyun keçirib və 1 qol vurub.

Xəbər xətti