Daha bir futbolçu karyerasını başa vurdu

19:41 - 12 Fevral 2016

33 yaşında bu qərarı verib

 

Türkiyə millisinin sabiq üzvü Uğur Boral futbolçu karyerasını başa vurub.

 

Sportal.az xəbər verir ki, o, 33 yaşında bu qərarı verib. Uğur Boralın sonuncu klubu isə "Beşiktaş" olub. İstanbul klubundan ayrıldıqdan sonra özünə yeni iş yeri tapmaqda çətinlik çəkən oyunçu karyerasını başa vurmaq qərarına gəlib.
 

Qeyd edək ki, 17 dəfə millinin formasını geyinən Uğur karyerası ərzində "Alibəyköyspor", "Kocaelispor", "Gənçlərbirliyi", "Ankaraspor", "Fənərbaxça", "Samsunpsor" klublarında da çıxış edib.

Xəbər xətti