"Qarabağ"ın sabiq futbolçusu üçün yeni baş məşqçi

13:37 - 16 Fevral 2016

Özən çalışdıracaq

 

Türkiyə PTT 1-ci liqasında mübarizə aparan "Göztəpə"də yeni baş məşqçinin adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, "Qarabağ"ın sabiq futbolçusu Leroy Corcun da çıxış etdiyi komandanı Öndər Özən çalışdıracaq. Onunla 1,5 illik müqavilə imzalanıb. 

 

Qeyd edək ki, Özənin köməkçiləri isə Marko Aurelio, Kaan Demir və Suat Arıcan olacaq. 

Xəbər xətti