Cüneyt Çakıra yeni təyinat
Türkiyəli FİFA referisi Cüneyt Çakır həvəskar komandaların oyununu idarə edəcək.
Sportal.az xəbər verir ki, referi İstanbul Super Həvəskar Liqası çərçivəsində bu həftə keçirilən "Beykozspor" - "Küçükköyspor" matçında fit çalacaq.
Bu qarşılaşma hər iki komanda üçün böyük əhəmiyyət daşıdığından Cüney Çakıra həvalə olunub. 50 xalı olan "Beykozsor"a qrupdan çıxmaq üçün mütləq qələbə lazımdı. 53 xalla 2-ci pillədə olan qonaqlara isə heç-heçə də bəs edir.
Qeyd edək ki, bu qarşılaşmadan sonra Cüneyt Çakırın "Fənərbaxça" - "Beşiktaş" derbisini idarə etməsi ehtimal olunur.