"Qalatasaray" UEFA-ya müraciət etdi

13:16 - 18 Fevral 2016

"Latsio" ilə oyuna qara sarğı ilə çıxmaq üçün

 

"Qalatasaray" bu gün Avropa Liqasının 1/16 final mərhələsinin oyununda "Türk Telekom Arena"da "Latsio" ilə qarşılaşacaq.

 

Sportal.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, "Cim-bom" Ankarada baş vermiş terrorda həlak olanların xarirəsinə hörmət olaraq oyuna qara sarğı ilə çıxmaq üçün UEFA-ya müraciət edib. Qitənin futbol qurumu hələ ki müraciətə cavab verməyib. Əgər müsbət cavab verilməsə "Qalatasaray" bu matça qara forma ilə çıxacaq.

 

Qeyd edək ki, "Qalatasaray" - "Latsio" matçı saat 22:05-də start götürəcək.

 

Xatırladaq ki, dünən Türkiyənin paytaxtı Ankarada törədiilən qanlı terror hadisəsi nəticəsində 26 nəfər həlak olmuş, 30-dan çox vətəndaş isə xəsarət almışdı.

Xəbər xətti